Biznesinizə uyğun dizayn hazırlayır və sizinlə razılaşdırırıq.
03
Hazırlanma
Saytı qurur, məhsul və məlumatlarınızı əlavə edirik.
04
İstifadəyə veriş
Saytı işə salır, idarəetmə panelindən necə istifadə edəcəyinizi göstəririk.
Tez-tez verilən suallar
Domen və hostinq üçün ayrıca ödəniş etməliyəm?
İlk il paket qiymətinə daxildir. İkinci ildən etibarən hostinq və texniki dəstək şərtlərini sizinlə ayrıca razılaşdırırıq.
Saytdakı məhsul və qiymətləri özüm dəyişə bilərəm?
Sifariş və Biznes paketlərində bəli, sadə idarəetmə paneli vasitəsilə. Vitrin paketində dəyişiklikləri biz edirik.
Sifarişlər mənə necə çatır?
Müştəri saytda sifariş verən kimi o, dərhal WhatsApp və ya Telegram-ınıza bildiriş kimi gəlir və idarəetmə panelində saxlanılır.
Instagram səhifəm var, sayt nəyə lazımdır?
Instagram müştəri cəlb etmək üçün yaxşıdır, amma sifarişlər DM-lərdə qarışır və itir. Sayt sifarişləri bir yerdə toplayır, Google-da tapılmağınıza kömək edir və biznesinizə daha peşəkar görünüş verir.
Sonradan paketi dəyişmək olar?
Bəli. Daha böyük paketə keçdikdə yalnız qiymət fərqini ödəyirsiniz.
Ödəniş necə aparılır?
50% əvvəlcədən, 50% sayt hazır olduqda.
Biznesinizə uyğun paketi birlikdə seçək
Hansı paketin sizə uyğun olduğunu bilmirsinizsə, bizə yazın. 10 dəqiqəlik söhbətdə ən doğru seçimi edək.